V Məktəblilərarası fənn müsabiqəsi

  Bu gün ümumi təhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında V Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsi keçirildi.

            Bizim məktəb üzrə müsabiqədə iştirak üçün 38 şagird qeydiyyatdan keçmişdir. Müsabiqələr fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirildi. Şagirdlərə fənlər üzrə məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edildi. 50 sualın cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi