Gənc bioloqların yaradıcılıq müsabiqəsi

        Bildiyimiz kimi,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri və Uşaq -gənclər inkişaf mərkəzlərinin şagirdlərinin biologiya elminə olan marağının artırılması,bu sahədə nəzəri-təcrübi biliklərin təkmilləşdirilməsi,onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi,istedadlarının üzə çıxarılması məqsədilə "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsi" nə müvafiq olaraq "Gənc bioloqların yaradıcılıq müsabiqəsi" keçirilir.Məktəbimizdə də bu təlimata müvafiq olaraq  IX-XI sinif şagirdləri arasında müsabiqənin ilkin,məktəbdaxili mərhələsi keçirildi.

        Müsabiqənin əsasnaməsinə uyğun olaraq, iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, 2 məsələni yerinə yetirdilər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla  qiymətləndirildi.

       Sonda tapşırıqlar məktəbin biologiya müəllimlərindən ibarət komissiya tərəfindən yoxlanıldı və qiymətləndirildi.Qalib gələn komanda növbəti-rayon mərhələsində iştirak etmək hüququ qazandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi