Sağlam bədəndə sağlam ruh olur

Bu gün “Fiziki tərbiyə” dərsində fənn müəllimləri E.Babayev və X.Ağayevanın rəhbərliyi ilə 6b sinif şagirdlərinin təqdimatında “Hazırlayıcı hissə zamanı ümumiinkişaf hərəkətləri”nin icrası nümayiş olundu.Şagirdlər əzələlərin sağlam inkişafı,qamətin düzgün şəkildə formalaşması,xarici amillərə qarşı müqaviməti artırmaq üçün vacib olan bu hərəkətlərin öhdəsindən məharətlə gələrək,dərsin əsas hissəsinə keçid etdilər.Dərsin əsas hissəsi tədris proqramına müvafiq olaraq dözümlülüyün mənimsədilməsi və inkişafı idi.Şagirdlər dərs zamanı müxtəlif məsafələrdə kros qaçışlarını həyata keçirtdilər.
Qeyd edək ki,məktəbdə şagirdlərin əməyə hazırlanmasında fiziki hərəkətlərin öyrədilməsinin böyük əhəmiyyəti vardır. Yeriş, qaçış, tullanma, qaməti düzgün inkişaf etdirən və s. hərəkətlərin təlimi şagirdlərdə sürət, çeviklik,dözümlülük kimi fiziki və psixoloji keyfiyyətlərin tərbiyə olunmasına kömək edir, bu da onları dolayı yolla əməyə hazırlayır. Fiziki hərəkətlərlə müntəzəm məşğul olan şagirdlər fiziki cəhətdən möhkəm və sağlam olur, müəyyən bir işi daha tez və keyfiyyətlə yerinə yetirirlər.