Növbəti uğurumuz

Məktəbin 4-cü sinif şagirdi Salahov Nurlan Türkiyə Respublikasında keçirilən “Ordu Amatör Spor Kulüpleri Federasyonu ASKF kupası Futbol Turnuvası” ndakı iştirakına görə “Təşəkkür belgesi” ilə təltif olunmuşdur.Şagirdimiz eyni zamanda “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin keçirdiyi futbol turnirində I yeri tutduğuna görə diplomla da mükafatlandırılmışdır. Məktəb direktoru Q.Sultanova şagirdimizi bu münasibətlə təbrik etdi,uğurlarının davamlı olmasını arzuladı.
Biz də məktəb kollektivi olaraq Nurlanı qazandığı nailiyyətlərə görə bir daha təbrik edir,qalibiyyətlərinin daimi olmasını arzulayır və onun gələcəkdə tanınmış bir futbolçu olacağına da inanırıq!