Açıq səma altında muzey

      Bildiyimiz kimi,ekskursiyaların təşkili tədrisin elmi və praktiki xarakterini artırmağa,onun həyat və təcrübə ilə əlaqəsini gücləndirməyə imkan verir.Ekskursiyaların köməkliyi ilə şagirdlər öyrənilən obyekt və hadisələrlə birbaşa tanış olurlar.Elə bu baxımdan da qədim sivilizasiyanın beşiklərindən biri olan "Qobustan Dövlət Tarixi-Bədii Qoruğu"na növbəti ekskursiya təşkil olundu. Bu dəfəki ekskursiyanın iştirakçıları məktəbin 5b sinif şagirdləri oldu.Gəzintiyə RUGİM-in əməkdaşı,tarixçi Ə.Həmzəyev və məktəbin tarix müəllimi L.Novruzovanın rəhbərlik edirdi.

     Dünya Mədəni İrs Siyahısına daxil edilən açıq səma altındakı muzeydə nümayiş olunan qayaüstü təsvirlər, dünyanın ən qədim təqvimi, “günəş saatı”, “Qavaldaşı” və sirlər dolu bir dünya məktəblilərin böyük marağına səbəb oldu. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgiləndiyindən tarixçi Ə.Həmzəyev şagirdlərə bu dövr haqqında ümumi və geniş məlumat verdi.

    Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili,tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması,gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi