“Nəbatat Bağı” və “Zoologiya İnstitutuna” ekskursiya

     Bildiyimiz kimi,dərslərlə yanaşı,məktəbdə təlim ekskursiya şəklində də aparılır. Ekskursiya elə bir təlim formasıdır ki, şagirdlər hər hansı obyekt və yer haqqında məlumatları həmin yerə gedib görməklə əldə edirlər.

     Elə buna görə də bu gün məktəbin biologiya müəllimi B.Bağırovanın təşkilatçılığı ilə “Kiçik Akademiya” nın biologiya fənn blokunun üzvləri Yasamal rayonu ərazisində yerləşən “Nəbatat Bağı” və “Zologiya İnstitutuna” ekskursiya təşkil etdilər.

     Mərkəzi Nəbatat Bağında şagirdlər dekorativ, dərman və təsərüffat əhəmiyyətli ağac və bitki kolleksiyaları ilə tanış oldular,  bitkilərin əslində dünyamız üçün nə qədər böyük bir əhəmiyyətə sahib olduğunu öyrəndilər.Qeyd edək ki,Nəbatat Bağı yaşıl muzey olaraq, biologiya elminin nailiyyətlərini və təbiəti mühafizə ideyasını təbliğ edir

       Ekskursiyalarının davamını Zoologiya Universitetində davam etdirən şagirdlərə buranın elmi dərəcəli  mütəxəssisləri bitkilərin növ müxtəlifliyi, Azərbaycanın Qırmızı kitabı və endem bitkiləri haqqında,eləcə də dərman və s. bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri barədə danışdılar.İnstitun muzeyində nümayiş olunan Hirkan meşələrinin bəzi relikt ağac növlərini əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritə məktəblilərdə böyük maraq yaratdı.

     Ekskursiyanın məqsədi nəzəriyyə və praktika arasındakı əlaqənin həyata keçirilməsini təmin etmək, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi