Əylənirik,öyrənirik...

Həftəsonunu səmərəli və maraqlı keçirmək məqsədilə məktəbin 2a sinif şagirdlərinin iştirakı ilə şəhərətrafına ekskursiya təşkil edildi.Gəzintiyə ibtidai sinif müəllimi T.Kərimova rəbərlik edirdi.Şagirdlər əyləncə mərkəzində təşkil olunan,məşhur cizgi filmlərinin personajları ilə birgə müxtəlif uşaq oyunlarının iştirakçısı oldular.Balacalar daha sonra İtalyan milli mətbəxinin məşhur təamı olan “pizza” yemək növünün hazırlanmasına dair “master class” keçdilər və özləri həmin təamı həvəslə hazırladılar.Şagirdlər eyni zamanda əyləncə mərkəzində uşaqlar üçün nümayiş olunan filmi də böyük maraqla izlədilər.Onlar maraqlı və əyləncəli anlarla dolu olan bu ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.