Səmanın rəngli dünyası....

Məktəbdə ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.Bu münasibətlə növbəti belə tədbir məktəbin 6b sinif şagirdi Səma Mehdiyevanın rəsm sərgisinin nümayiş olunması ilə təşkil olundu. Müxtəlif janrlarda çəkilən ”Səmanın rəngli dünyası”,”Sonsuzluq”,”Peyzaj”,”Bakı gecələri”,”Aylı gecə” və s.adlanan rəsm işləri yeniyetmə bir qızın öz dünyagörüşü və həyata baxış prizmasından doğan ideya və təfəkkürünü,öz duyğularını tablolarda əks etdirirdi. Sərgidə nümayiş etdirilən təsviri sənət nümunələrinin hazırlanmasında biokompozisiya, qrafika nümunələri, applikasiyadan da istifadə olunub. Sərginin nümayişi zamanı Səma cəkdiyi əsərlərlə bağlı ona təqdim olunan sualları ətraflı şəkildə cavablandırdı,əsərlərinin əsas ideyasından bəhs etdi.Sərgi məktəb kollektivinin böyük marağına səbəb oldu.
Məktəbdəimizdə uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə bu cür sərgilərin keçirilməsi mütəmadi olaraq təşkil olunur.O cümlədən qeyd edək ki,məktəbdə şagirdlərin istedadlarının üzə çıxarılması, düzgün formalaşdırılması üçün hərtərəfli şərait də yaradılıb. Belə şagirdlərə gələcək sənət yollarında irəliləmək üçün kömək etmək hər birimizin vəzifəsidir.
Məktəb kollektivi olaraq bu münasibətlə Səmanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!