Mən fəxr edirəm ki,Azərbaycanlıyam!

      Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbəti tədbir məktəb kitabxanasında təşkil olundu.Məktəbin VI sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başladı."Heydər Əliyev-dünyanın gözü ilə" adlanan tədbiri giriş sözü ilə açan kitabxana müdiri X.Rəsulova Ulu öndərin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış etdi.Daha sonra şagirdlər dünya liderlərinin Heydər Əliyev haqqında olan fikirlərini səsləndirdilər,ümumilli liderə ithaf olunan şeirlər söylədilər.Məktəbin tarix müəllimi M.Əsgərova da mövzu ilə bağlı cıxış etdi.Tədbirdə Heydər Əlievin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu,xalq artisti Ağadadaş Ağayevin ifasında “Sən elə bir zirvəsən....” əsəri səsləndi.Sonda şagirdlər Ulu öndərin məşhur kəlamı olan “Mən fəxr edirəm ki,Azərbaycanlıyam!” sözlərini xor şəklində ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi