HEYDƏR ƏLİYEV-96

Heydər Əliyev- Azərbaycanın görkəmli siyasi və dövlət xadimi,"Ulu öndər" və "Azərbaycan xalqının ümummilli lideri" titullarının rəsmi daşıyıcısı,böyük şəxsiyyət... Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.
Bu gün məktəbin akt zalında VII və VIII sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.Görüşdə məktəbin tarix müəllimi Mədinə Əsgərova “Heydər Əliyev və Azərbaycan tarixi” adlı məruzə ilə çıxış etdi.Daha sonra ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu,ümumilli liderə həsr olunmuş möhtəşəm əsər- ”Elegiya” səsləndi.Şagirdlər ümumilli liderin həyat və fəaliyyəti ilə bağlı sualları ətraflı şəkildə cavablandırdılar.