"Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası"na ekskursiya

      Tətil günlərinin səmərəli  təşkili,o cümlədən şagirdlərin mənəvi tərbiyəsinin və intellektual görüşlərinin, həmçinin elmə-biliyə və kitablara marağını artırmaq məqsədilə məktəbin ibtidai sinif müəllimi X.Hümbətovanın təşkilatçılığı ilə  2b sinif şagirdləri uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin adını daşıyan  “ Firidun bəy Köçərli adına  Respublika Uşaq Kitabxanası”na ekskursiya etdilər.Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər nağıl otağında, “Balaca ev”, “Sehrli təbib” cizgi filmini izlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Balacalar kiçik oxu zalında “Danışan kitablar”la, qeyri-adi formalı – panoramalı, hissiyatlı, səhifələndikcə özü oxuyan, səsli düymələrlə idarə olunan, parçadan hazırlanmış və s. kitablarla tanış oldular. Əməkdaşlar, kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar. Uşaqlar kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi