Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası

Məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına müvafiq olaraq, təqdim olunan suallar əsasında "Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının" ilk turu-məktəbdaxili mərhələsi keçirildi.
Olimpiadada məktəbin V-VI sinif şagirdləri iştirak edirdi. Bilik yarışı saat 09:00-da başlayıb, 10:30-da bitdi.
Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırdılar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan maraqlarını artırılmaqdan ibarətdir.