Qayaüstü rəsmlərlə yazılmış tarix - Qobustan abidələri

    Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə yolunuzu Qobustan abidələrindən salın. Qədim sivilizasiyanın beşiklərindən birini görmək üçün bu yolu qət etməyə dəyər. Çünki bu məkanda üzərində günəş təsvirləri olan qayıq rəsmləri bir anda hərəkətə gəlib sizi 15 min il əvvələ - Yuxarı paleolit dövrünə aparacaq. Məhz bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.

   Elə bu səbəbdən də ibtidai sinif  müəllimi L.Rüstəmxamlının təşkilatçılığı ilə 3b sinif şagirdləri  tarixi keçmişimizə nəzər salmaq məqsədilə ulu babalarımızın yaratdığı və indiyə qədər qorunub saxlanılan abidələrimizdən biri,Böyük Qafqaz dağlarının qurtaracağında,Bakının 65 km-də yerləşən Qobustan Dövlət Tarixi-Bədii qoruğunda ekskursiyada oldular.Onlar arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqla yaxından tanış oldular. Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, qayaüstü təsvirlər, dünyanın ən qədim təqvimi, “günəş saatı”, “Qavaldaşı” və sirlər dolu bir dünya şagirdlərdə heyrət doğurdu.Muzey həm memarlıq üslubu, həm eksponatları, həm də müasir texniki təchizatı ilə şagirdlərin böyük marağına səbəb oldu. Muzeydə həmçinin  arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatların da nümayişi göz oxşayırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi