Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “YOX” deyək!

Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya, təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır.Bu böyük bəla ilə mübarizə aparılmalı, İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi olaraq tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir. Narkomaniyanı təkcə tibb sahəsı işçilərinin gücü ilə aradan qaldırmaq mümkün deyil. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməli, yeniyetmə və gəncləri bu bəladan uzaq tutmalıdırlar. Elə bu səbəbdən də məktəbdə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları ilə görüş təşkil olundu.
Binəqədi rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik leytenantı V.Rüstəmov,yetkinlik yaşına çatmayanlar üzrə baş inspektor, polis polkovnik leytenantı F.Məmmədova və VII PB-nin əməkdaşı, polis mayoru Azər Əliyev ilə yuxarı sinif şagirdlərinin görüşü keçirildi. Məktəb rəhərliyinin də iştirak etdiyi bu maarifləndirici tədbirin mövzusu “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!” adlanırdı.Qonaqlar öz çıxışlarında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə cıxış etdilər, narkomaniyaya, ümumilikdə pis vərdişlərə qurşanmamaq üçün öz məsləhət və tövsiyələrini verdilər.
Tədbirdə, eyni zamanda digər mövzulara da toxunuldu. ”Yol hərəkəti təhlükəsizliyinin təmini” və “Polis uşaqların gözü ilə” başlığı altında maarifləndirici söhbətlər də aparıldı.