İlklərə imza atan tarixi şəxsiyyətlər

Məktəbin 6a sinfində "Azərbaycan tarixinə ilk damğasını vurmuş tarixi şəxsiyyyətlər" mövzusunda açıq dərs dinlənildi.Tarix müəllimi M.Əsgərovanın rəhbərliyi ilə keçirilən nümunəvi dərsdə şagirdlər mövzuya dair apardıqları araşdırmalarını təqdim etdilər.Onlar həmçinin digər topladıqları məlumatları (şəkil,arxiv sənədləri və s. materiallar) və hazırladıqları videoçarxı da nümayiş etdirdilər.Şagirdlər Azərbaycan tarixində ilk Nobel mükafatına layiq görülən B.Siracov, ilk qadın pilotu Z.Seyidməmmədova,ilk qadın opera ifaçısı Ş.Məmmədova, ilk Milli Qəhrəman Əlif Hacıyev, ilk hərbi nazir X.Sultanov, ilk qadın bəstəkarı A.Rzayeva,ilk kosmonavt M.Manafov,ilk xalq şairi S.Vurğun və s. haqqında da geniş məlumat verdilər.
Dərsin məqsədi şagirdlərin dünyagörüşlərinin və bilik səviyyələrinin artırılmasına istiqamət vermək, müsbət təsir göstərməkdir.