Nurlu ömrün salnaməsi Zərifə Əliyeva – 96

Binəqədi rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş "Qayğıkeş ana” adlı tədbir keçirilib. Xatırladaq ki,aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi tamam olur.
Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına İstirahət parkında Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən rəsmi nümayəndələr oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etdilər.
Tədbirdə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın,eyni zamanda bizim məktəbin diektoru Q.Sultanova da iştirak etdi.Onlar görkəmli oftolmoloq-alimin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoydular.
Səhnədə bizim məktəbi təmsil edən VI sinif şagirdi F.Əliyevin təqdimatında səslənən, Sevil Əliyevanın bəstəsi olan “Возвратисъ любимая” əsərinin möhtəşəm ifası isə tədbirə ayrı bir ovqat qatdı, hər kəs tərəfindən maraqla və alqışlarla qarşılandı.