"Gələcəyini qur" layihəsi

Bildiyimiz kimi,"Gələcəyini Qur” MMC artıq 6 ildir ki, Bakı şəhərinin bir sıra inzibati rayonlarının ümumtəhsil məktəblərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına müvafiq olaraq “Gələcəyini Qur!” Gəncliyə dəstək layihəsini həyata keçirir.
Layihə çərçivəsində şagird və valideynlərlə təqdimat görüşü keçirilir və daha sonra mərhələli seçim prosesi reallaşdırılır. Seçim prosesini uğurla addımlayan, sosial təminatı zəif olan ailələrin övladlarına ali təhsil müəssisələrinə hazırlıq prosesində müvafiq dəstək göstərilir.
Bizim məktəb də bu layihəyə cəlb olunduğundan məktəbin akt zalında layihənin təşkilat komandası tərəfindən layihənin təqdimat görüşü keçirildi.Layihənin əməkdaşı,eyni zamanda bizim məktəbin məzunu olmuş Kamil Abbas X sinif şagirdləri ilə görüşdü,layihənin əhəmiyyətindən,aztəminatlı ailələrin övladlarının təhsil almasında dövlət dəstəyindən danışdı.Sonda şagirdlərin rəy və təkliflərini öyrənmək məqsədilə onlara sorğu vərəqləri paylandı.