Nümunəvi dərs

Məktəbimizdə aprel ayı “Riyaziyyat-fizika” fənləri aylığı elan olunduğu üçün nümunəvi dərslərin dinlənilməsi davam edir.Növbəti belə dərs bu gün Riyaziyyat fənni üzrə 9a sinfində fənn müəllimi C.Sevdanın təşkilatçılığı ilə keçirildi.”Ədədi silsilənin ilk n həddinin cəmi düsturu” mövzusunda təqdim olunan nümunəvi dərsin əvvəlində köhnə mövzu sual-cavab olundu.Qrup şəklində bölünən komandalara “sərbəst iş” nümunələri verildi.Daha sonra şagirdlər verilən tapşırıqları lövhədə ətraflı şəkildə izah etdilər.Şagirdlər arasında qiymətləndirilmə aparıldı.Sonda şagirdlərə yeni dərs izah olundu,ev tapşırığı verildi.
Dərs şagirdlərin fəallığı ilə müşayiət olunmaqla yanaşı,səmərəli və faydalı keçdi.