Valideynlərlə görüş

Məktəb təlim tərbiyə ocağıdır.Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqatə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki müəllim- valideyin, məktəb- valideyn münasibətlərinin vəhdəti ön planda olsun.
Elə bu səbədən də məktəb rəhbərliyinin X sinif şagirdlərinin valideynləri ilə növbəti görüşü təşkil olundu.İclası giriş sözü ilə açan məktəb direktoru Q.Sultanova ilk növbədə məktəb-valideyn münasibətlərinin təşkili və təhsilə müsbət təsiri haqqında danışdı. Daha sonra iclasda şagirdlərin dərsə davamiyyəti, məktəbli geyimləri, dərslərə hazırlıq səviyyələri ,davranışları və s.məsələlər müzakirə olundu, şagirdlərin əldə etdikləri naİliyyətlər barədə valideynlərə məlumat verildi.Görüş zamanı valideynlərə eyni zamanda ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydaları ilə bağlı tətbiq edilən yeniliklər haqqında da geniş məlumat verildi.
Məktəb direktoru iclasın sonunda valideynlərə hər bir şagirdə fərdi yanaşılmağının vacibliyini qeyd etdi,neqativ halların yaşanmaması üçün onların problemlərinin məktəblə birlikdə həll edilməsinin vacibliyini vurğuladı,bu istiqamətdə öz məsləhət və tövsiyələrini verdi.