OXU GÜNÜ

           Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirildi.

        Tədbirdə paytaxtın müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış etdilər. Görüşdə müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olundu, ustad dərslər, interaktiv yarışlar keçirildi. 

        Görüşdə məktəbimizin VI sinif şagirdləri də tamaşaçı qismində iştirak edirdilər.Oxucular dəstəsinə rəhbərlik məktəbin tarix müəllimi M.Əsgərova,ingilis dili müəllimi A.Əliyeva və UBR T.İbrahimovaya həvalə olunmuşdu.

         “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”-nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması  idi. Şagirdlərimiz "Oxu Günü"ndən xoş təəssüratlarla ayrılıblar.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi