“Kenquru” beynəlxalq riyaziyyat müsabiqəsi

           Məktəbdə 21.04.2019-cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  müvafiq göstərişinə  uyğun  olaraq “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirildi. “Öyrənək, əylənək və həll edək” şüarı ilə keçirilən müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 2-10-cu sinif şagirdlərini əhatə edirdi. Qaydalara əsasən tapşırıqlar 5 fərqli kateqoriya üzrə 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün qapalı test formatında və 3 səviyyədə (asan, orta, çətin) olmaqla tərtib edilmişdi. Şagirdlər öz riyazi və məntiqi biliklərini 90 dəqiqə ərzində nümayiş etdirməli idilər. 

           Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin elmi potensiallarının inkişaf etdirilməsi, istedadlı şagirdlərin aşkar edilməsi və onların riyazi biliyini artırmaqdı. Müsabiqənin keçirilmə müddəti 90 dəqiqə olaraq nəzərdə tutulmuşdu. Qeyd edək ki, müsabiqədə ümumilikdə 243 nəfər şagird iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi