H.K.Andersenin əsərlərinin müzakirəsi

Məktəbdə aprel ayı dünya ədəbiyyatı tarixində “Nağıllar səltənətinin şahzadəsi “ adlanan dünya şöhrətli danimarka yazıçısı H.K.Andersenin yaradıcılığına həsr olunub. Məktəb kitabxanasında yazıçının əsərlərinə həsr olunmuş növbəti görüş təşkil olundu.Məktəbin III,IV və V sinif şagirdlərinin iştirakı ilə yazıçının müəllifi olduğu “Çobanyastığı” nağılının müzakirəsi keçirildi .Kitabxanaçı X.Rəsulovanın rəhbərliyi ilə keçirilən görüşdə şagirdlər əsəri təhlil etməklə yanaşı,əsərin ideyasından irəli gələn məsələlərin müzakirəsinə də geniş yer verdilər.