Gənc fiziklərin yaradıcılıq müsabiqəsi

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsində bizim məktəbin şagirdləri də iştirak etdilər.”Arximed” adlanan komandamızı məktəbin IX sinif şagirdi B.Namiq,X sinif şagirdi Q.Fuad və XI sinif şagirdi S.Vüqar təmsil edirdilər.

 Müsabiqənin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

 Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi