M.F.Axundov və Azərbaycan dramaturgiyası

 Məktəbin akt zalında X sinif şagirdlərinin iştirakı ilə Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi,Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin banisi M.F.Axundovun yaradıcılığına həsr olunan “M.F.Axundov və Azərbaycan dramaturgiyası” mövzusunda müzakirə keçirildi. Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətlərindən bəhs olundu,yaradıcılığı geniş şəkildə təhlil edildi.Azərbaycan dili və ədəbiyyat müəllimi V.Aslanovanın rəhbərliyi ilə keçirilən müzakirə şagirdlərin fəallığı ilə müşayiət olundu.Məqsəd şagirdlərə cəmiyyətdəki nöqsanların aradan qaldırılmasında bədii əsərlərin rolunun böyük əhəmiyyətə malik olmasını aşılamaq idi.Sonda dramaturqun Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının motivləri əsasında çəkilmiş “Dərviş Parisi partladır" filmi də nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi