Sinif rəhbərləri ilə görüş

Bu gün məktəb direktorunun sinif rəhbərləri ilə görüşü keçirildi.Şagirdlərin dərsə davamiyyəti,təşkilat saatları və sinifdənxaric tədbirlərin təşkili, ocümlədən növbətçilik cədvəlinə riayiət edilməsi, eləcə də son dövrlər mətbuat və sosial şəbəkələrdə məktəblər haqqında xoşagəlməz hadisələrin yer alması bugünkü iclasın əsas mövzusuna çevrildi. Məktəb direktoru Q.Sultanova sinif rəhbərlərinə psixoloji dəstəyə ehtiyac olan, problemli və aztəminatlı ailələrdən sayılan şagirdlərə qarşı diqqət və qayğının artırılmasını, hər bir şagirdə fərdi yanaşılmağın vacibliyini qeyd etməklə yanaşı, valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlarla görüşlərin keçirilməsini də xüsusi olaraq vurğuladı,bu mövzuda öz məsləhət və tövsiyələrini verdi.