H.X.Andersenin əsərlərinin müzakirəsi

            Məktəb kitabxanasında III, IV və VI sinif şagirdlərinin iştirakı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan danimarkalı yazıçı Hans Xristian Andersenin “Kibritsatan qız” və “Dəcəl oğlan” nağıllarının müzakirəsi keçirildi. Kitabxanaçı X.Rəsulova H.X.Andersenin pyeslər, səyahətnamələr, romanlar və şeirlər  yazmasına baxmayaraq,  dünyada daha çox nağıllarına görə tanınmasını  və bu nağılların özünəməxsus xüsusiyyətləri və qeyri-adilikləri ilə seçildiyini  xüsusi olaraq  vurğuladı.Daha sonra şagirdlər mövzu ətrafında fikir mübadiləsi apardı, verilən sualları həvəslə cavablandırdılar.

              Bu cür müzakirələrin keçirilməsində məqsəd şagirdlərdə qxu, mütaliə vərdişlərini inkişaf etdirmək,düzgün mütaliə mədəniyyətini formalaşdırmaq və onların ədəbiyyata olan maraqlarını artırmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi