Direktoryanı müşavirə

Məktəbin akt zalında pedaqoji heyətin iştirakı ilə təhsil sahəsində aparılan islahatlardan, köklü dəyişikliklərdən irəli gələn məsələləri müzakirə etmək, verilən tapşırıqların vaxtında icrasını təmin etmək məqsədi ilə direktoryanı müşavirə keçirildi. Müşavirə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi məktəb seminarlarından irəli gələn məsələlərin və "Müasir dərs və ona verilən tələblər" mövzusunun müzakirəsi üzərində qurulmuşdu.Tədbiri məktəbin direktoru Q.Sultanova açaraq "Məktəb seminarları"nda irəli sürülən məsələlər, həmçinin cari tədris ilinin "Təhsildə keyfiyyət ili" olaraq davam etdirilməsi barədə xatırlatma etdi və ilin sonunu nəzərə alaraq qarşıda duran vacib məsələlərdən danışdı. Hər bir müəllimin üzərinə düşən vəzifə və öhdəlikləri qeyd etdi,bu istiqamətdə müəyyən tapşırıqlar verməklə yanaşı, öz məsləhət və tövsiyələrini də açıqladı.
Daha sonra məktəb direktoru Q.Sultanova yubilyar müəllimlərimizi təbrik etdi,onlara məktəb kollektivi adından xoş arzularını bildirdi.
Sonda ibtidai sinif müəllimi Z.Əliyevanın "Müasir dərsə verilən tələblər" mövzusuna həsr olunmuş və slaydlarla hazırlanmış çıxışı dinlənildi, dərsə verilən ümumi tələblərin təlim prosesində ifadə olunmasından, dərsdə didaktik prinsiplərin (həyatla əlaqə, elmilik, sistematiklik, şüurluluq və fəallıq, əyanilik, müvafiqlik, fərdi yanaşma və s.) kompleks şəkildə həyata keçirilməlisindən bəhs edildi. Eyni zamanda mövzuya dair hazırlanan videoçarx da nümayiş olundu.