Gənc fiziklərin yaradıcılıq müsabiqəsi

Bu gün məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin şagird və yeniyetmələri arasında "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" nin keçirilməsi barədə əsasnaməsinə əsasən 9-11-ci sinif şagirdləri ilə fizika fənni üzrə məktəbdaxili olimpiada keçirildi.Müsabiqənin keçirilməsində əsas məqsəd fizika fənni üzrə şagirdlərin praktik və yaradıcılıq bacarıqlarını daha da artırmaq, bu bilik və bacarıqların inkişaf etdirilməsinə şərait yaratmaq,bu sahədə istedadlı şagirdləri aşkar etməkdi.
Olimpiadada iştirak edən hər bir şagirdimizə uğurlar arzulayırıq!