Xalq Təhsili Muzeyində

Məktəbin 7a sinif şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəliyyət göstərən Xalq Təhsili Muzeyində oldular.Ekskursiyaya məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsmiyyə Aslanova rəhbərlik edirdi.Muzeyin əməkdaşları şagirdləri mehribanlıqla qarşılayaraq təhsilimizin tarixindən,təhsil sahəsində xidmətləri olan tarixi şəxsiyyətlərdən ümumi məlumat verdilər.Muzeydə müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil müəssisəsinin yaranmasını, qadın təhsilinin inkişafını, bu sahədə aparılan islahatları əks etdirən sənəd və materiallar, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə dair dərslik və proqramlar nümayiş olunurdu. Qabaqcıl təhsil müəssisəsinin, o cümlədən məktəbdənkənar müəssisələrin fəaliyyəti və iş təcrübəsi, tədris müəssisələrində istifadə edilən texniki-tədris vasitələri, müəllim, şagird və tələbələrin əl işləri, albomlar, maketlər, hədiyyələr və s. şagirdlərə təhsil tarixinin öyrənilməsi və təbliğində müstəsna əhəmiyyətə malikdir.Altı salondan ibarət olan muzeydə diqqət çəkən bir çox məqamlar şagirdlərin gözündən yayınmadı. Xüsusən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə öz əzəməti ilə daha yaddaqlan oldu.