Dövlətçilik ideyalarının təbliği.

Məktəbin tarix müəllimi Mədinə Əsgərovanın rəhbərliyi və VIII sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi barədə söhbətlər aparıldı. Eyni zamanda uşaq və yeniyetmələrlə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələr,qazanılan nailiyyətlər və obyektiv münasibətin yaradılması haqqında geniş fikir mübadiləsi keçirildi.