İlaxır çərşənbə təntənəli şəkildə qeyd edildi

 “Nəsimi ili” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə tədbir keçirildi.Keçirilən festivalda rayon rəhbərliyi, millət vəkilləri, fövqəladə və səlahiyyətli səfirlər və səfirliklərin nümayəndələri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər. İlk öncə Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibəti ilə rayon sakinlərini və qonaqları təbrik edərək Bahar bayramında ölkəmizə bol ruzi-bərəkət, əminamanlıq arzuladı.

 Bizim məktəb də rayonun digər dörd məktəbilə yanaşı "Qarabağ" bölgəsini təmsil edirdi.Hazırlanmış çadırda qonaqlara Qarabağ zonasının mədəni, tarixi nümunələri, milli geyim, turizm potensialı və mətbəx nümunələri təqdim edildi.Tədbirdə Xurşudbanu Natavanın obrazı isə qonaqların böyük marağına səbəb oldu.Məktəbin ingilis dili müəllimi V.Səlimovanın təqdimatında xarici ölkə vətəndaşlarına təmsil olunan bölgə üzrə ingilis dilində məlumatlar verildi.

 Novruz atributları keçəl,kosa,bahar qızının, pəhlivanlar və kəndirbazların çıxışı sakinlər tərəfindən böyük maraqla qarşılandı. Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi