"Ekologiyanı necə qoruyaq?"adlı maarifləndirici aksiya təşkil olundu

İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətə, təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması və onların qorunması ilə bağlıdır. Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir.
Elə bu baxımdan da "Ekologiyanı necə qoruyaq?"adlı maarifləndirici aksiyaya bizim məktəbin də şagirdləri qoşuldu.Belə ki,məktəbin təşkilatı işlər üzrə direktor müavini K.Mirzəliyeva və ibtidai sinif müəllimi C.Novruzovanın rəhbərliyi ilə məktəbin 4b sinif şagirdləri şəhər sakinləri arasında "Ekologiyanı necə qoruyaq?"adlı maarifləndirici aksiya keçirtdilər.Onlar mövzuya dair hazırladıqları suallarla əhali arasında müsahibə apardılar.Müsahiblər də öz novbəsində təbiəti qorumağın, ekologiyanın təmizliyinin insanlar üçün vacib olduğunu bildirdilər və bu sahədə gənclərin maariflənməsinə böyük ehtiyac duyulduğunu qeyd etdilər.Balaca məktəblilər eyni zamanda öz mühasiblərinə "Təbiəti qoruyaq!" başlığı altında hazırlanmış bukletləri,o cümlədən hazırladıqları Novruz xonçalarındakı bayram sovqatlarını da təqdim etdilər.
Təbiət bizim sərvətimiz, var-dövlətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı, inkişaf etdirməliyik!