"Yel çərşənbə"si qeyd edildi

Məktəbdə Novruz çərşənbələri qeyd edilməkdə davam edir. Belə ki,bu gün məktəbin coğrafiya müəllimi B.Quliyevanın rəhbərliyi və 7c sinif şagirdlərinin iştirakı ilə ilə məktəb kitabxanasında "Yel çərşənbəsi"nə həsr olunmuş dəyirmi masa keçirildi.Şagirdlər bu çərşənbə ilə bağlı hazırladıqları təqdimatlarla çıxış etdilər.
Azərbaycan mifik təfəkküründə "yel" yol göstərən, bələdçi rolunu yerinə yetirir.İnanca görə,xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsində Yel Baba yatmış torpağı silkələyib oyadır,cana gətirir. Əski etiqadlara görə, məhz o gün “qara nəhr”də yatmış dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, sonra isə hər biri bir libasda özünü göstərir.
Şagirdlərin təqdimatında Yel çərşənbəsi ilə bağlı illərin sınağından çıxmış, özünü doğrultmuş xalq hikmətləri,inanclar və digər folklor nümunələri olan-laylalar,hakışta və bayatılar deyildi,Novruz adət- ənənələrindən bəhs edildi.
Artıq Novruzun bir addımındayıq! Sularımız axsın, ocağımız yansın, küləyimiz əssin, torpağımız dirçəlsin. Çərşənbələr hamımıza uğur, bərəkət gətirsin!