Od çərşənbəsi qeyd olundu.

Novruz bayramının ikinci çərşənbəsi olan "Od çərşənbəsi"nin qeyd olunması məktəbdə bayram əhvali-ruhiyyəsi yaratmışdı .Məktəbin coğrafiya müəllimi A.Xudaverdiyevanın rəhbərliyi və VII sinif şagirdlərinin iştirakı ilə Od çərşənbəsinə həsr olunmuş "dəyirmi masa" təşkil olundu.Tədbirdə, Azərbaycan mədəni tarixində Novruz bayramından əvvəlki çərşənbələrin xüsusi əhəmiyyət kəsb etdiyindən bəhs edildi. Bu çərşənbədə qədim insanların Günəşə, oda olan inancından irəli gələn adət-ənənələri qoruyub saxlamağın , bu gün tonqal qalayıb alovun üzərindən tullanmaqla insan daxildə olan bütün çirkabı, eyni zamanda azar-bezarı yandırmağın əsas əlamət olması xüsusi qeyd olundu.Şagirdlərin ifasında folklor nümunələrindən olan bayatılar, hakışta və laylalar dinlənildi.Milli geyimdə olan qızların foyedə gəzişməsi şagirdlərin bayram sevincinə səbəb oldu.