"Hikmət-nəhrim-Ana dilim!" adlı tədbirin keçirilməsi ilə fənn aylığına yekun vuruldu.

Fənn aylığı çərçivəsində təşkil olunan silsilə tədbirlər məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ş.Abasovanın rəhbərliyi və 5a sinif şagirdlərinin iştirakı ilə təşkil olunan tədbirlə sona yetdi.Məktəbin akt zalında fənn aylığına öz yekununu vuran "Hikmət-Nəhrim-Ana dilim!" başlığı altında keçirilən bu görüşdə şagirdlər,məktəb kollektivi və valideyn icması iştirakı edirdi.Azərbaycan himninin səslənməsi ilə başlanan tədbirdə şagirdlərin təqdimatında dilimizin gözəlliyinə həsr olunmuş şerlər söylənildi,dil haqqında kompozisiyalar göstərildi.Tədbirdə zəngin dil mədəniyyətinə sahib olan xalqın əyilməzliyi, ölməzliyi və böyük gələcəyə malik olması vurğulandı, xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvət olan ana dilimizı hər birimiz göz bəbəyi kimi qoruyub, daim qayğı ilə əhatə etməyimizdən danışıldı.Şagirdlərin təqdimatında "Şah və vəzir","Rus dilli nəvə" adlı səhnəciklər təqdim olundu və maraqla izlənildi.Məktəbin 6a sinif şagirdi F.Əliyevin ifasında M.Maqomayvin repertuarından "Azərbaycan" mahnısı,Fantaziya qrupunun ifasında "Yallı"nın səslənməsi tədbirə ayrı bir ovqat qatdı.Sonda Z.Xanbabayevanın ifasında "Azərbaycan" mahnısının səslənməsi ilə tədbirə yekun vuruldu.