"Valideynin məktəbdə bir günü" layihəsi

Bu gün məktəbimizdə BŞTİ-nin əmrinə əsasən “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi. Valideynləri foyedə qarşılayan məktəb direktoru Q.Sultanova layihənin əhəmiyyətini, qeyri formal şəraitdə məktəbin pedaqoji heyəti və texniki personalın qarşılıqlı ünsiyyətinin vacibliyini qeyd etdi, eyni zamanda I yarımildə görülən işlər və qarşıda duran məsələlər barədə onlara məlumatı verdi. Gələn qonaqlar məktəbimizin adını daşıyan şəhid Namiq Babayevin xatirəsinə həsr edilən güşə, kitabxana, sinifdənkənar fəaliyyət güşəsi, şagirdlərin müxtəlif mövzulara aid hazırladıqları rəsm və əl işlərindən ibarət sərgi, yeməkxana ,idman zalı, informatika otaqları, akt zalı ilə tanış oldular. Onlara təlim-tərbiyə prosesi, məktəbin fəaliyyəti barədə ətraflı məlumat verildi.Valideynlərin iştirakı ilə tədris prossesini izləmək üçün dərs müşahidələri təşkil edildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Xuraman Əliyeva valideynlər üçün seminar keçirdi.Valideynləri daha fəal olmağa səsləyən metodist müəllim - şagird - valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini söylədi. Seminarda həmçinin valideynlərin məktəb mühitinə töhfə verə biləcək rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli müzakirə, fikir mübadiləsi aparıldı.
Daha sonra akt zalında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Abbasovanın rəhbərliyi hazırlanan” 21 fevral-Beynəlxalq Ana dili günü”nə həsr olunmuş “Hikmət nehrim-Ana dilim!” adlı ədəbi - bədii kompozisiya nümayiş olundu.Azərbaycan himninin səslənməsi ilə başlanan tədbirdə dilimizin gözəlliyindən danışıldı, VI sinif şagirdi F.Əliyevin ifasında M.Maqomayevin "Azərbaycan" mahnısı,"Fantaziya" qrupunun ifasında skripkada "Yalli" nın səslənməsi və V sinif şagirdlərinin çıxışları tədbirin bədii təsir gücünü daha da artırdı.