Bədii qiraət keçirildi.
Məktəbdə fənn aylığı çərçivəsində keçirilən silsilə tədbirlər sırasına növbəti tədbir- bədii qiraətin təşkili də əlavə olundu.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi H.Vəliyevanın rəhbərliyi və 5b sinif şagirdlərinin iştirakı ilə böyük hekayə ustadı C.Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş bədii qiraət zamanı müəllifin "Saqqallı uşaq"."Dəllək","Fatma xala" və "İki alma" hekayələri məzmun və ideya cəhətdən təhlil edildi.Bu kiçikhəcmli əsərlərdə qoyulan problemlərin bu günkü həyatımızda da aktual olduğu vurğulandı.