Ədəbiyyat fənnindən növbəti açıq dərs keçirildi.

Fənn aylığı çərçivəsində təşkil olunan dərslərdən biri də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi H.Həsənovanın rəhbərliyi və 6b sinif şagirdlərinin iştirakı ilə Ədəbiyyat fənnindən keçirildi. "Cahargah" əfsanəsi mövzusunda təqdim olunan açıq dərs "Alimi güvənli edən nə idi?" tədqiqat sualı ilə başladı.Dərsdə əsər ətraflı şəkildə şagirdlərə mənimsədilməklə yanaşı,hər bir obrazın xarakteri müzakirə olundu və alimin savadlı,xeyirxah,uzaqgörən olması sayəsində hökmdara qalib gəlməsi aşkarlandı.
Sonda əsərin ardıcıllığı və elementləri üzrərində iş aparıldı.