Azərbaycan dili fənnindən növbəti açıq dərs keçirildi.

"Dil aylığı" çərçivəsində təşkil olunan növbəti açıq dərslərdən biri də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ş.Abasovanın rəhbərliyi və 5a sinif şagirdlərinin iştirakı ilə təşkil olundu.Azərbaycan dili qrammatikasının morfologiya bölməsinə aid olan "Əlamət və keyfiyyət bildirən sifətlər" mövzusunda keçirilən dərsin gedişatı zamanı hazırlanmış interaktiv və əyləncəli tapşırıqlar dərsin maraqlı keçməsini və mövzununun daha da yaxşı mənimsənilməsini təmin etdi.Şagirdlər qrup şəklində işlərini həvəslə hazırlamışdılar.Sonda qalib qrup seçildi və şagirdlər qiymətləndirildi.Dərs şagirdlərin fəallığı ilə müşayiət olunmaqla yanaşı,səmərəli və faydalı keçdi.