"Uşaq hüquqlarının pilləli tədrisi" proqramı ilk seminarı keçirildi.

   Bu gün məktəbin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" nın 4.4-cü bəndinə əsasən uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi məqsədilə Ombudsman Aparatı tərəfindən həyata keçirilən "Uşaq hüquqlarının pilləli tədrisi" proqramının 2019-cu ildə davam etdirilməsinə dəstək verilməsi məqsədilə şagirdlərin iştirakı ilə eyniadlı proqram mövzusunda seminar təşkil olundu.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əməkdaşları M.Babayev,İ.Əfqanlı və D.İsmayılova şagirdlərin hüquqi bilik və bacarıqlarının inkişaf etdirilməsi və ictimai fəallığının artırılmasında mühüm əhəmiyyəti nəzərə alaraq dördpilləli seminarın şagirdlərə onların hüquq və vəzifələri barədə məlumatlarını izah edən birinci mərhələsini uğurla həyata keçirtdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi