Abbasqulu Ağa Bakıxanovun əsərləri mövzusunda bədii qiraət keçirildi.

Fənn aylığı çərçivəsində həyata keçirilən tədbirlərdən biri də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi M.Radənin rəhbərliyi və 7b sinif şagirdlərinin iştirakı ilə XIX əsr Azərbaycan mədəniyyəti və ictimai fıkrinin inkişafında müstəsna xidmətləri olan,çoxcəhətli bədii və elmi yaradıcılığa malik,çağdaş Avropa mədəniyyətinin Şərqdə ilk carçısı hesab olunan,Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alim Abbasqulu Ağa Bakıxanovun mənzum hekayələri və alleqorik əsərləri mövzusunda bədii qiraət təşkil olundu.Şagirdlər mövzu ilə bağlı çox maraqlı çıxışlar hazırlamışdılar.İfadəli oxunun tələblərinə uyğun mənzum hekayələri də əzbər deyirdilər.
Məqsəd A.Bakıxanovun ilk maarifçi kimi tariximizdə mövqeyi və onun ensiklopedik şəxsiyyət kimi tanınmasını,əsərlərindən çıxan tərbiyəvi nəticələr ilə şagirdləri yaxından tanış etmək idi.