Şagirdimiz "Uşaq və yeniyetmələrin internetdə təhlükəsizliyi" mövzusunda keçirilən video-konfransda iştirak etdi.

Azərbaycan Respublikasının Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində "Təhlükəsiz internet günü" və "Fərdi məlumatların mühafizəsi günü" münasibətilə keçirilən video-konfransda məktəbin IX sinif şagirdi Ağabəyov Tamerlan da iştirak etdi.Bakıda və digər regionlardakı mərkəzlərlə birgə ümumtəhsil məktəblərinin informatika müəllimləri və bu sahə üzrə marağı olan yuxarı sinif şagirdlərinin iştirakı ilə " Uşaq və yeniyetmələrin internetdə təhlükəsizliyi" mövzusunda təşkil olunan bu tədbir maarifləndirici xarakter daşıyırdı.Treninqin məqsədi RYTN tərəfindən informasiya təhlükəsizliyi sahəsində maarifləndiməni genişləndirilmək,gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaqdır.Tədbirdə eyni zamanda şagirdlərə internetin faydalı və ziyanlı tərəflərini catdırmaq,bu sahədə daha diqqətli olmaq,onları müasir texnologiyalardan istifadə zamanı düzgün istiqamətə yönləndirilmə barədə də çıxışlar edildi.
Qeyd edək ki, "Təhlükəsiz internet günü" Avropa Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi "INSAFE" tərəfindən 2004-cü ildə təsis edilib və hər il fevral ayının 2-ci həftəsinin 2-ci günü qeyd edilir. Məqsəd bütün dünyada gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaqla sahə üzrə maarifləndirməni həyata keçirmək,eyni zamanda geniş əhali kütləsinə şəxsi həyatın və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaq, habelə şəbəkə istifadəçilərini onların virtual və real həyatlarının təhlükəsizliyinin təmin edilməsi üzrə təlimatlara riayət etməyə çağırmaqdır. Bu beynəlxalq tarix isə RYTN tərəfindən 2010-cu ildən etibarən qeyd olunur.