Böyük Summativ Qiymətləndirilmələrə start verildi.

Bu gündən etibarən məktəbdə cari tədris ilinin I yarımil mərhələsi üzrə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması,şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsi məqsədilə tələb olunan fənlər üzrə müvafiq siniflərdə BSQ-nin keçirilməsinə başlanıldı.Qiymətləndirmə sualları standartlara uyğun şəkildə fənn müəllimləri tərəfindən tərtib olunmuşdur.Rəhbərliyə təqdim olunan qapalı və açıq test suallarından ibarət kitabçalar qeyri-fənn müəllimlərinin nəzarəti altında şagirdlərə təqdim olundu.
Şagirdlər ruh yüksəkliyi ilə qiymətləndirilmədə iştirak etdilər.Onlara zehin açıqlığı və uğurlar arzulayırıq!