"20 Yanvar" faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya keçirildi.

   Məktəbin akt zalında "20 Yanvar" faciəsinin 29-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.Məktəbin ibtidai sinif müəllimi F.Bayramovanın rəhbərliyi və 4a sinif şagirdlərinin iştirakı ilə "Qərənfil-şəhid qanı" başlığı altında hazırlanan tədbirdə şagirdlərin təqdimatında mövzuya həsr olunmuş çıxışlar dinlənildi,şerlər söylənildi,video-çarx nümayiş olundu.

   Tədbirdə eyni zamanda məktəb rəhbərliyi ilə yanaşı bir sıra qonaqlar-şair Oqtay Zəngilanlı,"Sehirli dünya" jurnalının baş redaktoru Gülzar İbrahimova,"Həkəri" qəzetinin baş redaktoru Rauf İlyasoğlu,F.Köçərli adına Respublika uşaq kitabxanasının əməkdaşı Y.İsmayılova da iştirak edirdilər.Onlar da öz növbəsində bu günün tarixi əhəmiyyətindən bəhs etdilər,şagirdlərə ətraflı məlumat verdilər.

   20 yanvar Azərbaycan tarixinin yaddaşında müstəqilliyimizin qazanılması uğrunda aparılan mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunan bir tarixdir.Bu gün bizə "Şəhidlər xiyabanı" kimi müqəddəs bir and yeri bəxş etdi.Şagirdlərin söylədikləri şerlərdəki mübariz ruh hamıya bir daha şəhidlərin bizim azadlıq yolumuzda şam kimi yandığını anlatdı.Elə şam ki,Vətən olduqca yanacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi