Biologiya aylığı çərçivəsində növbəti nümunəvi dərs keçirildi.

Məktəbdə yanvar ayı illik fəaliyyət planına uyğun olaraq "Biologiya fənn aylığı" elan edildiyindən fənn aylığı çərçivəsində növbəti açıq dərs keçirildi.Məktəbin biologiya müəllimi M.Nəsirovanın rəhbərliyi və 8a sinif şagirdlərinin iştirakı ilə biologiya aylığı çərçivəsində təşkil olunan nümunəvi dərsin mövzusu "Mədə-bağırsaqlarda həzm" başlığı ilə təqdim olundu.Dərs "Qida maddələrinin həzm edilməsi" tədqiqat sualının ətrafında başlanan müzakirələrlə açıldı.Dərsin gedişatı zamanı mövzuya həsr olunmuş video-çarx da nümayiş edildi.
Dərs faydalı və səmərəli təşkil olunmaqla yanaşı,umumilikdə şagirdlərin fəallığı ilə müşayiət olundu.