9 NOYABR AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ

   Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.

                                                                                                                                                                      Ümummilli lider Heydər Əliyev

 

      2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.                                         

     Bayraq tarix boyu özünü özü kimi anlayan hər bir ailənin, hər bir tayfanın , hər bir qəbilənin , hər bir cəmiyyətin , xalqın, millətin özünü təqdim rəmzi olub. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffav və dəqiq meyarıdır, qürur mənbəyimizdir. Bayraq bütün dünyada qürur və güvənc yeri sayılır.

    Respublikamızın dövlət bayrağı – müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bizim bayrağımız fəxrimiz, iftixarımızdır.  Üçrəngli bayrağımız dövlətimizin varlığını bütün dünyada təsdiqləyir. Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı fəxarət mənbəyidir.

    Xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün öz yüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir.Dövlətimizin uğurlu siyasəti nəticəsində bayrağımız işğal altından azad olmuş torpaqlarımızda dalğalanır. Şübhə yoxdur ki, müstəqil Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, sancıldığı məkanların sayı daha da artacaq.  Qoy daim zəfər soraqlı olsun üçrəngli bayrağımız!  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi