18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri- Dövlət Müstəqilliyi günüdür.XX əsrin sonlarında SSRİ- nin dağılması ilə yaranan tarixi şərait nəticəsində azərbaycan dövləti müstəqilliyini bərpa edib.1991- ci il oktyabrın 18- də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Bu gün iftixar hissi ilə deyə bilərik ki, azərbaycanın müstəqilliyi əbədidir və daimidir.Bizim vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması bütün təhsil işçilərinin qarşısında duran ən mühüm vəzifələrdən biridir.Təhsilin məqsədi uşaqlara təhsil verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda Vətənə , torpağa sədaqət, lazım gələrsə Vətən yolunda şəhid olmaq ruhunu aşılamaqdır.
Elə bu səbəbdən də bu gün məktəbimizin tərbiyə işləri üzrə direktor müavini K,Mirzəliyeva, musiqi müəllimi T.Hüseynova, ibtidai sinif müəllimi Ş.Novruzova və 3c sinif şagirdlərinin təqdimatında 18 oktyabr- Müstəqillik gününə həsir olunmuş, qarantin qaydalarını nəzərə alaraq tədbir keçirilmişdir.Tədbirdə şagirdlərə müstəqilliyin yəti, dövlətimizin müstəqilliyi haqqinda məlumat verilmiş, əllərində dövlətimizin üçrəngli bayrağını tutan şagirdlərin ifasında “And içirik” mahnısı və Vətənə aid şeirlər səslənmişdir.