UĞURA APARAN YOL.
UĞURA APARAN YOL.
Hər bir insan həyatda uğur qazanmaq istəyir. Amma bəzən düşünmək lazımdır ki.,uğura insanı aparan nədir? Yaşadığımız mühitdə özümüzü xoşbəxt, azad hiss ediriksə, biz daha böyük azru və imkanlarla hədəfə doğru irəliləyirik.Bizi əhatə edən insanların-ailəmizin, dostlarımızın uğura aparan yolda böyük rolu var.
Bizim uğura olan münasibətimiz çox vacibdir.Əgər biz uğura inanmırıqsa,onu heç vaxt əldə edə bilmərik, Uğursuzluq və məğlubiyyəti düşünərək heç vaxt uğur əldə edə bilmərik.Əvəzində yaxşı düşünməli və irəliyə doğru addımlar atmalıyıq.Özümüzdə əminlik hisi aşılamalıyıq.
Qorxu da uğur gedən yolda bir maneədir.Hər bir şəraitdə biz qorxuya qarşı mübarizə aparmalıyıq.Kimisi üçün uğur qazanmaq üçün savad önəmlidir, kimisi üçün isə çox çalışmaq. Qeyd edək ki,uğur qazanmaq üçün məqsədin olması çox vacibdir.
İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün çalışmalı,mübarizə aparmalıdır.O zaman uğur qazanmaq olar.Ümidsizliyə qapanmaq lazım deyil,ümidə sarı möhkəm durmaqla uğur qazanmaq olar.
Utancaqlıq hissi də uğura aparan yolda bir maneədir.Hər kəs daxilində özünəinam hissi oyatmalıdır ki,uğur əldə etsin.İsrarlı olmaq lazımdır,tənqiddən, təzyiqdən və etirazdan qorxmaq lazım deyil .Hamı çalışmalıdır,çünki onun uğuru çalışmağındadır.Çalışmaqla yanaşı həyatda inamlı,ümidli olmaq lazımdır.Çünki ümid və inam insanı son ana qədər aparır.
Sonda bildirmək istəyirik ki,həyatda uğur qazanmaq biliklər ilə mümkündür.Ona görə də özümüzü inkişaf etdirməliyik.Əgər bu həyatda uğurlu olmaq istəyirsənsə,hər şeydən öncə bir hədəfimiz,bir məqsədimiz olmalıdır.Məqsədə doğru addımlayaq!