QARABAĞ AZƏRBAYCANDIR!

                                                                                            QARABAĞ AZƏRBAYCANDIR!

    Dünyanın ən görkəmli alimləri Azərbaycanı təbii muzey adlandırmışlar. Bu muzeyin ən unikal mərkəzi  Qarabağdır.Qarabağ öz  gözəlliyi, yaraltı,yerüstü sərvətləri ilə yadellilərin diqqətini cəlb etmiş və bu gözəl  diyar zaman-zaman qanlı hərb meydanına çevrilmişdir.

    Artıq 2 əsrdən çoxdur ki,Qarabağ bölgəsi münaqişə ocağına çevrilib.Əzəli Azərbaycan torpağı olan Qarabağ 1805-ci il 14 mayda bağlanan Kürəkçay müqaviləsi ilə Rusiya imperiyasının tərkibinə daxil olub ,1828- ci il Türkmənçay müqaviləsi ilə 1 milyondan çox erməni buraya köçürülüb.Dağlıq Qarabağın işğalı da elə bu illərdən başlandı.Tarixə nəzər salmağımızda məqsəd odur ki,bu torpaqlar əzəli Azərbaycan torpaqlarıdır və heç vaxt ermənilərə mənsub olmayıb.Ermənistan illər boyu təxribata əl atmışdır.Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanı və onun ərazi bütövlüyünü tarixi faktlarla sübut etmişdir.

    Hazırda müharibə şəraitində yaşayırıq.Azərbaycan dövlətinin güclü ordusu hər zaman layiqincə düşməni susdurmağı bacarıb.Hər bir Azərbaycan vətəndaşının üzündə qürur,iradə, sevinc hissi var.Buna səbəb Azərbaycan ordusunun Ali  Baş komandanı Cənab İlham Əliyevin xalqımıza dəstəyidir.

    Prezidentimizin “Qarabağ tarixi,əzəli Azərbaycan torpağııdır.Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi”bəyanatı Azərbaycanın minillik dövlətçilik tarixinin tarixi bəyanatıdır.Bu bəyanatı torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın verəcəyi döyüş əmrinə hazırlıq əmri bilirik.

    İnanırıq ki, tez bir zamanda Şanlı Azərbaycan Bayrağı Qarabağımızın bütün guşələrində dalğalanacaqdır.Sonda Azərbaycan Respublikasının Prezidenti,Silahllı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin sözləri ilə desək “Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!”  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi