Pandemiya dövründə tələb olunan tələblər və məktəbimizdə keçirilən tədbirlər.

    Hazırda dünyanın böyük dövlətlərinin belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında ciddi çətinliklərlərlə üzləşdiyi bir vaxtda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, ölkə əhalisinin  bu ağır xəstəlikdən ən minimum itkilərlə qurtulması üçün uğurlu tədbirlər görülüb.Dünyadakı ümumi situasiyaya baxanda Azərbaycanda vəziyyət nəzərəçarpan dərəcədə yaxşıdır.Təhlükənin ilk anından “Biz birlikdə güclüyük!”deyə bəyan edən prezidentin tarixi xidmətləri heç vaxt unudulmayacaq.

  Qeyd edək ki,koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində atılan adımlar ölkə əhalisi tərəfindən anlaşıqla və məsuliyyət hissi ilə qarşılanmışdır.

   Pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmamışdır.Pandemiyanın hələ uzun müdət davam edəcəyi aydın olduqdan sonra ölkəmizdə təhsil sistemləri  təhsilin fasiləsizliyinin   təmin edilməsi  ilə bağlı  tədbirlər görməyə başlamışlar.

    Bildiririk ki,tədris ili başlanmamışdan öncə  də məktəbimizdə profilaktik tədbirlər görülmüşdür.Yeni dərs ili başlandıqda müəllim və şagirdlərimiz, habelə valideynlərimiz maarifləndirilmiş və izahat işləri həyata keçirilmişdir.Məktəbimiz zəruri tibbi       ləvazimatlarla,dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmuşdur.Valideynlərə”Təhsil müəssələrində koronavirus (COVİD 19)infeksiyasının yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər barədə təlimat ”hazırlandı və təqdimnolundu. Məktəbimiz bütün təhlükəsizlik fəaliyyəti ilə təmin olunur:

 

  1. Müxtəlif siniflər üçün dərs gününün fərqli saatlarda başlanması və yekunlaşması.
  2. Sinif otaxlarındakı partalar arasında məsafənin yaradılması.
  3. Sərbəst məkan yaratmağın və lazımsız toxunuşlardan yayınmağın şagirdlərə öyrədilməsi və nümayiş etdirilməsi.
  4. Məktəb binasında təmiz hava axının və havalandırma imkanlarının artırılması.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi